Ukraynada ingilis dilinə rəsmi status verilə bilər

 03:28 07.06.2022     631

 

Ukraynada biznesin inkişafı və Avropaya inteqrasiyanın sürətləndirilməsi çərçivəsində ingilis dilinə işgüzar ünsiyyət dili statusunun verilməsi müzakirə olunur. 

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, məsələ hökumətin iclasında müzakirə olunub.

Aidiyyəti nazirliklərə təkliflər hazırlamaq və müvafiq sənədləri tərtib etmək tapşırılıb.

“İngilis dili indi bütün sivil dünyada işgüzar ünsiyyətdə istifadə olunur və ona Ukraynada belə statusun verilməsi biznesin inkişafına, investisiyaların cəlb edilməsinə, Ukraynanın Avropaya inteqrasiyasını sürətləndirməyə kömək edəcək”, - deyə Şmiqal qeyd edib.