Ukraynanın bu istiqamətlərində rusların 10 hücumunun qarşısı alındı

 09:59 07.06.2022     1021

“Rusiya Donetsk istiqamətindən artilleriya atəşi açmaqla yanaşı, aviazərbələr də endirib”.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukda yaydığı əməliyyat məlumatında bildirilib.

Qeyd olunub ki, Belarus ərazisindən Volınsk və Polessk istiqamətində raket və aviasiya zərbəsi təhlükəsi qalmaqdadır. Belarus Silahlı Qüvvələri cənub əməliyyat komandanlığı hərbçilərin sayını 80 minədək artırırmağı planlaşdırır.

Həmçinin bildirilib ki, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərindən Rusiya qoşunlarının 10 hücumunun qarşısını alaraq 1 tankını, 3 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, bir avtomobilini və 2 sursat anbarını məhv edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşı tərəfin “Orlan” tipli 2 PUA-sını sıradan çıxarıb.

Baş Qərargah əlavə edib ki, qarşı tərəfin Donetsk vilayətində açdığı atəş nəticəsində 4 dinc sakin ölüb, 7-si yaralanıb.

T.İSMAYIL