Rusların Ukraynada öldürdüyü və yaraladığı uşaqların sayı AÇIQLANDI

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ukraynaya bir neçə aydır davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb.
Əlavə edilib ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
T.İSMAYIL