İşğalçılara qarşı döyüşən ukraynalı hərbçilərin sayı BİLİNDİ

 12:05 07.06.2022     354

Rusiya ilə müharibədə təqribən 700 min ukraynalı hərbçi iştirak edir.

Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müavini Yekaterina Pavliçenko açıqlayıb.

Onun sözlərinə görə, müharibə başlayandan bu günə qədər 40 min ukraynalı ölüb və yaxud yaralanıb. Pavliçenko, həmçinin qeyd edib ki, təqribən 3 milyon Ukrayna vətəndaşı müvəqqəti olaraq işğal olunan ərazilərdədir.