Ermənistanda yol qəzasında 11 hərbçi yaralandı

Ermənistanda İrəvan-Meğri avtomobil yolunda qəza baş verib.
Redaktor.az “Shamshyan”a istinadla xəbər verir ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan “KamAZ” yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
T.İSMAYIL