Şoyqu əsir götürülən Ukrayna hərbçilərinin sayını AÇIQLADI

 14:47 07.06.2022     545

Rusiya müdafiə naziri Sergey Şoyqu əsir götürülən Ukrayna hərbçilərinin sayını açıqlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, bu barədə "xüsusi hərbi əməliyyat"ın aralıq nəticələri barədə danışarkən bildirib.

“Beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub, onların ümumi sayı 6 489 nəfərdir”, - deyə Şoyqu qeyd edib.

T.İSMAYIL