Ukrayna “Hərb və sülh” romanını dərsliklərdən çıxarır

Dünyaca məşhur rusiyalı yazıçı Lev Tolstoyun “Hərb və sülh” romanı, eləcə də Rusiyanın hərb tarixini tərənnüm edən əsərlərin Ukraynada məktəb proqramından çıxarılması barədə qərar qəbul edib.
Redaktor.az “Ukrayna 24”ə istinadla xəbər verir ki, bu açıqlama ilə Ukrayna təhsil nazirinin müavini Andrey Vitrenko çıxış edib.
O, əlavə edib ki, hələlik Ukraynanın Təhsil Nazirliyi rusiyalı yazıçıların məktəb proqramından çıxarılacaq əsərlərinin yekun siyahısını formalaşdırmayıb.