Mehmetcikdən Suriyada uğurlu əməliyyat - Terrorçular məhv edildi

 19:43 07.06.2022     289

Türkiyə ordusu YPG/PKK-nın 8 terrorçusunu zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun budağı” və “Barış Pinarı” əməliyyatları zonasında məhv edilib.

Əməliyyatlar artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.

Nazirlik Türkiyənin terrora qarşı qətiyyətli mübarizəsini davam etdirəcəyini vurğulayıb.