Ukrayna latın əlifbasına keçə bilər

 22:10 07.06.2022     287

Ukraynada kiril əlifbasından latın əlifbasına keçidlə bağlı ölkə prezidenti Volodimir Zelenskiyə ünvanlanmış petisiya dövlət başçısının saytında qeydə alınıb.

Redaktor.az xəbər verir ki, petisiyanın təşəbbüskarının sözlərinə görə, kiril əlifbasından imtina “nəhayət ki, Rusiya ilə dil əlaqələrini də kəsəcək”.

Müraciət 25 min imza toplayarsa, dövlət başçısı ona cavab verməyə borclu olacaq.