Güclü yağış Gürcüstanda ciddi problemlər yaratdı

 23:31 07.06.2022     325

Gürcüstanda yağan leysan yağışları və dolu bölgələrlə yanaşı, paytaxt Tbilisinin rayonlarında da ciddi problemlər yaradıb.

Redaktor.az xəbər verir ki, təbii fəlakət zamanı Tbilisi yaxınlığındakı Saquramo kəndində ağaclar aşıb, evlər və zirzəmilərə su dolub, yollar dağılıb.

Bundan başqa, güclü yağış dağıntılara səbəb olub. Evlərə, avtomobillərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Kəndlə əlaqə kəsilib.

Hazırda təbii fəlakətin vurduğu ziyanla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən