Almaniya bu ölkədə hərbi kontingentini artıracaq

 09:12 08.06.2022     345

Almaniya Litvada yerləşdirilən hərbi kontingentin sayını 1000 nəfərdən 1500 nəfərə qədər artıracaq.

Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

Onun sözlərinə görə, Almaniya NATO ərazisinin hər qarışını müdafiə edəcək.

Qeyd edək ki, O. Şolts Vilnüsda Litva Prezidenti Qitanas Nausedlə görüşüb.