Zelenskaya müsahibə verərkən siren səsləndi, sığınacağa enməli oldu - VİDEO

 09:25 08.06.2022     206

Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABC telekanalının aparıcısına müsahibə verərkən hava  hücumu xəbərdarlığı edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, aparıcı ilə Zelenskayanaın söhbəti zamanı siren səsi eşidilib və onlar sığınacağa enməyə məcbur olublar. 

Siren çalınmazdan əvvəl Zelenskaya bir çox ukraynalıda ölkənin təhlükəsiz olması illüziyasının mövcudluğu barədə danışmağa müvəffəq olub. O bildirib ki, buna görə də, çoxları siren səsinə məhəl qoymur və sığınacağa düşmür.

"Bilirsiniz, Kiyevdə insanların küçələrdə gəzişməsinə və sanki müharibə yoxmuş kimi yaşamasına baxanda qəribə hisslər yaranır. Bir çox insanlar hava hücumu xəbərdarlığına məhəl qoymur. Yadda saxlamalıyıq ki, ölkədə müharibə gedir. Digər regionlar isə bu gün Kiyev kimi təhlükəsiz deyil”, - deyə Zelenskaya bildirib.