Fransanın keçmiş prezidenti ilk dəfə evləndi - FOTO

Fransanın keçmiş prezidenti Fransua Olland ilə kinoaktrisa Jüli Qayenin nikah mərasimi keçirilib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, mərasim Ollandın vaxtilə uzun müddət mer olduğu Tül şəhərində baş tutub.
Bunun, siyasətçi Segolen Royaldan 4 övladı olan 67 yaşlı sabiq Prezidentin ilk rəsmi nikahı olduğu bildirilir.
Xatırladaq ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilədək Fransanın prezidenti olub. Onu bu vəzifədə Emmanuel Makron əvəz edib.