Baş nazir koronavirusa yoluxdu

 13:49 08.06.2022     390

Finlandiyanın Baş naziri Sanna Marin koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az-ın məlumatına görə, o, bu barədə "Twitter"də yazıb.

Baş nazirin sözlərinə görə, yüksələn hərarəti ilə əlaqədar test edib və testin nəticəsi pozitiv çıxıb.

“Simptomlar yüngüldür və özümü yaxşı hiss edirəm. Çox səyahət etdiyim üçün müntəzəm olaraq evdə test verirəm. Bu həftənin əvvəli isə testin nəticəsi neqativ olub”, - deyə Sanna Marin bildirib.

T.İSMAYIL