Moskvanın baş ravvini Ukraynaya görə ölkəni tərk etdi

 16:55 08.06.2022     288

Moskvanın baş ravvini Pinxas Qoldşmidt Rusiyanı tərk edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı jurnalist və ravvinin gəlini Avital Çijik-Qoldşmidt açıqlayıb.

Məlumata görə, ravvindən ölkə rəhbərliyi tərəfindən Ukraynadakı müharibəni ictimai şəkildə dəstəkləmək tələb olunub və bu məsələ ilə bağlı ona təzyiq göstərilib. Avital Çijik-Qoldşmidtin sözlərinə görə, Pinxas Qoldşmidt bunu etməkdən imtina edib.

Bildirilir ki, baş ravvin və həyat yoldaşı Dara ilk olaraq ukraynalı qaçqınlara pul toplamaq məqsədilə ilk olaraq Macarıstana yollanıb. Bunun ardınca isə ailə İsrailə gedib.