Rusiya silkələndi

 17:14 08.06.2022     340

Rusiyanın İrkutsk vilayətində 5,2 bal gücündə zəlzələ olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi İrkutsk şəhərindən 103 km şərqdə Baykal gölündə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Episentrdə 8,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

İtki və dağıntının olmadığı vurğulanıb.

Zəlzələ Buryatiya və Zabaykal diyarında da hiss edilib.