Ukrayna və Rusiya əsirləri dəyişdilər

 18:00 08.06.2022     480

Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub:

“Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”.

T.İSMAYIL