Putin iranlı həmkarı ilə müzakirələr apardı

 18:30 08.06.2022     384

Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, prezidentlər söhbət zamanı iki ölkə arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər. 

Putin, həmçinin iranlı həmkarına bu gün İranda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.

T.İSMAYIL