İrəvan aeroportunda bomba HƏYACANI

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə siqnal daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“İyunun 8-də saat 14:54-də Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub”, - nazirlikdən bildirilib.
Hadisə yerinə xilasedicilər, kinoloqlar, yanğınsöndürənlər və minaaxtaranlar cəlb edilib.
Sonradan siqnalın yanlış olduğu məlum olub.
Hazırda hava limanı fəaliyyətini həmişəki qaydada davam etdirir.