Almaniyada erməni cinayəti- Avtomobildən Türkiyə ilə bağlı sənədlər çıxdı

 20:40 08.06.2022     574

Berlində erməni əsilli Almaniya vətəndaşının avtomobilini insanların üzərinə sürməsilə bağlı yeni təfərrüatlar məlum olub. Həmin şəxsin 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olduğu müəyyənləşib. 

Redaktor.az xəbər verir ki, “Bild”İin yazdığına görə, insident nəticəsində artıq 6 nəfəri ölüb, 30 yaxın şəxs yaralanıb. Hadisə zamanı ölən şəxs qadın müəllim, yaralanan şəxslər isə 15-16 yaşında şagirdlər olublar.

Həmçinin, avtomobildən Türkiyə ilə bağlı sənədlərin tapılıdığı, cinayətin öncədən planlaşdırıldığı və siyasi motivli olduğu barədə iddialar səsləndirlib.

Onun dindirildiyi bildirilir.