ABŞ Kubaya sanksiyaları yumşaltdı

ABŞ Kubaya tətbiq edilən bir sıra sanksiyaları yumşaldıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, qrup və təhsil səfərlərinə, konfranslarda iştirak etmək üçün ölkəyə səfərlərə icazə verilib, həmçinin qohumlar arasında pul köçürmələrinə tətbiq edilən məhdudiyyət ləğv edilib.
May ayında Vaşinqton Kubaya qarşı sanksiyaların bir qismini ləğv etmək niyyətində olduğunu bəyan edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın Kubaya uçuşlara qoyduğu məhdudiyyətləri ləğv edib.