Ərdoğan hərbçilərimizin təlimini izləyəcək

 22:04 08.06.2022     153

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”nü izləyəcək.

Redaktor.az xəbər verir ki, Türkiyə liderinin Azərbaycan hərbçilərinin də iştirakı ilə keçirilən təlimlər çərçivəsində çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.