Rusiya bu ərazilərə “İsgəndər” YERLƏŞDİRDİ

 23:00 08.06.2022     153

Rusiya Xerson vilayəti ilə inzibati sərhədə yaxın ərazidə “İsgəndər-M” raket komplekslərini yerləşdirib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinqdə bildirib.

Onun sözlərinə görə, işğal olunmuş Krım ərazisindən düşmənin raket zərbələri endirmək təhlükəsi qalmaqdadır.

Motuzyanik Xerson vilayəti ilə inzibati sərhəddən 8 km məsafədə yerləşən Melkovodnoe yaşayış məntəqəsi ərazisində işğalçıların “İsgəndər-M” Operativ Taktiki Raket Komplekslərinin raket diviziyasını yerləşdirdiyi barədə dəqiq məlumat əldə edib.

O xatırladıb ki, düşmən gəmiləri Qara dənizin şimal-qərb hissəsində gəmiçiliyin qarşısını almaqda davam edir. Xüsusilə düşmənin 4 raket gəmisi və təxminən 36 raketdən ibarət sualtı qayığı Qara dənizdə raket silahlarından istifadəyə hazır vəziyyətdədir.

UNİAN-ın daha əvvəl Baş Qərargahın məlumatına istinadən verdiyi məlumata görə, Belarusda sərhəd boyu “İsgəndər”lər, təyyarələr və “Pansir”lərlə  Rusiya hərbçiləri dayanıb.