Kompüter oyununa görə anasını ÖLDÜRDÜ

 03:19 09.06.2022     229

Hindistanın Lakxnau şəhərinin 16 yaşlı sakini videooyuna görə anasını öldürüb.

Redaktor.az  “India Today” portalına istinadən xəbər verir ki, oğlan anası tərəfindən oyunlara qoyulan qadağaya görə onu öldürüb.

Hadisəni törədən azyaşlı saxlanılıb.

Oğlan dindirilərkən bildirib ki, anası ona oynamağı qadağan edib və bu, onu əsəbiləşdirib.

Bundan sonra o, atasına məxsus tapançanı götürərək qadını güllələyib.

Oğlan anasını öldürəndən sonra onun meyitini iki gün otaqda saxlayıb.