Rusiyanın 15-ci motoatıcı briqadasının 800 əsgəri məhv edilib - Ukrayna Baş Qərargahı

 09:13 09.06.2022     715

Ukrayna ərazisindəki döyüşlərdə Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının 800 əsgəri məhv edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.

"Mövcud məlumatlara görə, Ukrayna ərazisində gedən döyüşlərdə Mərkəzi Hərbi Dairənin 2-ci birləşmiş ordusunun 15-ci əlahiddə motoatıcı briqadasının şəxsi heyəti xeyli itki verib. Təxminən 800 ölü, 400-ə yaxın yaralı var. Ümumilikdə, Ukrayna ərazisindəki döyüşlərdə briqadadan 1800-ə yaxın hərbçi iştirak edib”, - məlumatda deyilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin aviasiyası cənubda Rusiya qüvvələrinin cəmləşməsinə və Xerson vilayətində düşmənin mövqelərindən birinə hücum edib. Raket və artilleriya bölmələri 30 düşməni və 3 silah-sursat anbarını məhv edib.

İyunun 9-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bildirib ki, Ukrayna aviasiyası bir sutka ərzində düşmənin ən azı 10 zirehli texnikasını və 20-yə yaxın rəqibini məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iyunun 8-nə olan məlumata görə, 31500-ə yaxın işğalçı, o cümlədən düşmənin 1393 tankı məhv edilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən