Rusiya ordusu Ukraynada ağır itkilər verdi - SİYAHI

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 31 700 canlı qüvvəsi, 1 398 tankı, 3 438 zirehli döyüş maşını, 711 artilleriya sistemi, 213 reaktiv yaylım atəşi sistemi, 96 havadan müdafiə sistemi, 212 hərbi təyyarəsi, 178 helikopteri, 562 dronu, 125 qanadlı raketi, 2421 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 53 xüsusi texnikası məhv edilib.
T.İSMAYIL
