Lavrov İrəvanda Mirzoyanla görüşdü

İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub.
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ararat Mirzoyan və Sergey Lavrov arasında təkbətək söhbət olub, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib”, - deyə nazirlikdən bidirilib.
Qeyd edək ki, Rusiya XİN başçısı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati XİN başçıları Şurasının iclasında iştirak edəcək.
T.İSMAYIL