ABŞ konsulluğuna PUA ilə hücum olundu - yaralananlar var

ABŞ-ın Ərbil şəhərindəki konsulluğunun binasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində İsrailin “Mossad” kəşfiyyat qurumunun əməkdaşı da daxil olmaqla 4 nəfər yaralanıb.
Redaktor.az “İsraelinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilə də ziyan dəyib.
İraqın Baş naziri Mustafa əl-Xədimi günahkarların tapılması istiqamətində ölkənin şimalındakı muxtar qurumun rəhbərliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.
Məlumata əsasən, yaralılar dinc sakinlərdir.