Nümayəndələr Palatası silahla bağlı qadağanı qəbul etdi

 16:08 09.06.2022     189

ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) silahlar üzərində nəzarət haqqında qanun layihəsi paketini qəbul edib.

Redaktor.az “İnterfax”a istinadla xəbər verir ki, “Uşaqlarımızın müdafiəsi haqqında qanun” adı verilən layihənin lehinə 223, əleyhinə 204 konqresmen səs verib, Respublikaçılar Partiyasının üzvü olan bir konqresmen isə bitərəf qalıb.

Məlumata görə, yarımavtomat silah alanların minimum yaş həddi 18-dən 21-dək qaldırılıb. Sənəddə 15-dən artıq güllə tutumu olan daraqlardan istifadə qadağan olunur.

Bundan başqa, odlu silahın yaşayış yerində saxlanılması qadağan olunur. Bu qanun pozuntusuna görə cinayət məsuliyyəti nəzərədə tutulur.

Qeyd edək ki, “Uşaqlarımızın müdafiəsi haqqında" qanun layihəsinin qəbul edilməsinə Texas ştatının Yuvalde və Nyu Yorkun Buffalo şəhərlərində baş vermiş silahlı insidentlər səbəb olub. Buffaloda mayın ortalarında yeniyetmə şəhərdəki supermarketə daxil olaraq atəş açmış, nəticədə 10 nəfər ölmüş, 3 nəfər yaralanmışdı. Bu hadisədən, təxminən, iki həftə sonra başqa bir yeniyetmənin ibtidai məktəbdə açdığı atəş nəticəsndə 19-u uşaq olmaqla 21 nəfər ölmüş, 19 uşaq isə yaralanmışdı.

Qanun layihəsi səsvermə üçün Senata göndəriləcək. Onun bu qurumda qəbulu üçün 60 səs toplaması kifayətdir.