“Rusiyanın təcavüzünə cavab Aİ-yə inteqrasiyadır” - Gürcüstan Prezidenti

 20:02 09.06.2022     181

“Rusiyanın təcavüzünə cavab Avropa İttifaqına inteqrasiyadır”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsseldə keçirilən “Münaqişələrdə qadınlar” adlı müzakirələrdə çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyanın hücum təhlükəsi yalnız Gürcüstan deyil, bütün Avropa ölkələrinə aiddir: “Rusiya qoşunlarının Gürcüstan paytaxtından 40 kilometr aralıda olması aydın təhlükədir. Krımın ilhaqı zamanı, 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü zamanı edilməyənlər indi həyata keçirilməlidir. Avropa İttifaqı və Avropa liderləri Rusiyanın əsl siması və məqsədlərini anlayıblar. Lakin indi növbəti addım Rusiyaya cavab verməkdir. Cavab isə birdir - Avropa İttifaqına inteqrasiya”.

Qeyd edək ki, müzakirələrdə Aİ Şurasının Prezidenti Şarl Mişel, Ukraynanın Birinci xanımı Yelena Zelenskaya da iştirak edib.