Putin özünü I Pyotrla müqayisə etdi - “Qayıtmaq və güclənmək bizim də payımıza düşdü”

 20:11 09.06.2022     474

Rusiya Prezidenti Vladimir Putin özünü imperator I Pyotrla müqayisə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya lideri gənc sahibkarlarla görüşündə deyib:

"I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində vuruşub. Deyəsən, İsveçlə döyüşüb. Əvvəl uğursuz olsa da, sonradan qayıdıb gücləndi. Görünür, bizim də qismətimizə düşüb ki, qayıdaq və güclənək”.

Vumart və Güvən reklamı Vumart Güvən