Finlandiya Rusiya ilə sərhədə hasar tikəcək

 21:53 09.06.2022     208

Finlandiyanın Daxili İşlər Nazirliyi sərhəd xidməti haqqında qanuna düzəlişlər edib.

Redaktor.az xəbər verir ki, ölkə hasarlar qurmaqla şərqdə sərhədlərinin təhlükəsizliyini gücləndirmək niyyətindədir.

Daxili işlər naziri Krista Mikkonenin sözlərinə görə, hazırda Finlandiya ilə sərhəddə sabitlik hökm sürür.

“Hökumət daha sonra Finlandiya Sərhəd Mühafizəsinin hesabatı əsasında şərq sərhədinin kritik hissələrində sərhəd maneələri ilə bağlı qərar verəcək”, – deyə nazir qeyd edib.

Mikkonen onu da bildirib ki, Finlandiya Sərhəd Mühafizə Xidməti texniki nəzarət, sərhədçilərin sayının artırılması və yeni kəşfiyyat təyyarələrinin alınması üçün əlavə maliyyə vəsaiti alıb.