Fransada “Kinder” şokoladlarına görə təhqiqat başladı

 22:12 09.06.2022     193

“Ferrero” şirkətinin Belçikada istehsalı etdiyi “Kinder” şokoladlarında aşkar edilmiş salmonellaya görə Parisdə təhqiqat başlayıb.

Redaktor.az xəbər verir ki, Paris prokurorluğunun açdığı cinayət işində istehsalçı başqasının həyatını təhlükədə qoymaqda və müştəriləri aldatmaqda ittiham edilir.

Qeyd edək ki, apreldə “Ferrero” şirkəti Belçikada isrtehsal etdiyi şokoladlarda Salmonella bakteriyası aşkar edildiyi üçün satışı dayandırıb. Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatına görə, artıq İttifaqda 324 nəfərdə salmonella aşkar edilib (apa.az).