ABŞ-dan Çini qəzəbləndirən ADDIM

 22:29 09.06.2022     163

ABŞ Tayvana 120 milyon dollar dəyərində hərbi satış həyata keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Hərbi satış çərçivəsində döyüş gəmilərinin saxlanılmasına dəstək veriləcək. Satış barədə Konqresə məlumat verilib. Konqres razılıq verdikdən sonra gəmilər üçün ehtiyat hissələrin tədarükünə başlanılacaq.

Tayvanın Müdafiə Nazirliyi dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib.

Qeyd edək ki, satış Çinin narazılığına səbəb olub və rəsmi Pekin etiraz bəyanatı verib.