Dünya Bankı Ukraynaya 1,5 milyard dollar AYIRACAQ

 22:37 09.06.2022     242

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bununla bağlı saziş Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Belarus, Moldova və Ukrayna üzrə regional direktoru Arup Banerji arasında imzalanıb.

Marçenko deyib ki, bu pul Ukraynaya dövlət sektorunda çalışanlar üçün maliyyəni artırmağa, eləcə də davamlı dövlət idarəçiliyini təmin etməyə imkan verəcək.