“Twitter” İlon Maska bütün məlumatlara tam giriş imkanı verəcək

 22:50 09.06.2022     305

“Twitter” İlon Maska gündəlik dərc olunan daxili məlumat bazasına tam giriş imkanı verməyi planlaşdırır.

Redaktor.az "The Washington Post"a istinadən xəbər verir ki, söhbət 500 milyondan çox tvitin təfərrüatını ehtiva edən bazadan gedir.

Bu baza platformaya çıxışı olan cihazlar və hesablar haqqında da məlumatları özündə birləşdirir.