BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildi

 23:42 09.06.2022     170

BMT Baş Assambleyasının 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiblər.

Redaktor.az xəbər verir ki, bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində Şuranın işində iştirak edəcəklər.

Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququna malikdir.

Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan beşi hər il dəyişdirilir.