Donetsk və Luqansk istiqamətlərində ruslara sarsıdıcı zərbə vuruldu

 09:57 10.06.2022     255

“Rusiya hərbçiləri Vozdvijenka-Rota istiqamətində qismən uğur qazanaraq işğal etdiyi ərazilərdəki sərhədlərdə möhkəmlənirlər”.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda deyilir.

Bildirilib ki, Rusiya hərbçiləri Vısıkoqore rayonunda minalanmış şlaqbaum quraşdırır:

“Rusiya qoşunları komandanlığını məcburedici tədbirlərinə baxmayaraq, əsgərlər xidmətdən imtina edirlər. Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində zorakı üsullarla səfərbərlik həyata keçirilir.

Məlum olub ki, Xarkov vilayətində ukraynalı müdafiəçilərlə döyüşlərdə verilən çoxsaylı itkilərə görə Rusiya Silahlı Qüvvələri 1-ci Ordu Korpusunun motoatıcı bölməsi bütünlüklə döyüş əməliyyatlarında iştirakdan imtina edib”.

Qeyd olunub ki, Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alaraq 10 tankını, 7 artilleriya sistemini, 4 zirehli döyüş maşınını, 3 xüsusi zirehli avtomobili, 4 avtomobilini və sursat anbarını məhv edib.

Bundan başqa Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın “Orlan-10” tipli 5 PUA-sını sıradan çıxarıb.

T.İSMAYIL