Rusiya ötən gün Ukraynada 200 hərbçisini itirib - Baş Qərargah

 10:06 10.06.2022     392

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 31 900 canlı qüvvəsi (bir gün əvvəl 31 700 idi - red.), 1 409 tankı, 3 450 zirehli döyüş maşını, 712 artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 212 hərbi təyyarəsi, 178 helikopteri, 572 dronu, 125 qanadlı raketi, 2438 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 54 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Xarkov və Baxmuts istiqamətlərində verib.

T.İSMAYIL

2