Erməni məmur rüşvət alarkən SAXLANILDI

 11:16 10.06.2022     352

İrəvan şəhər Şenqavit rayon prokurorunun müavini 2,5 milyon dram (5882 ABŞ dolları) rüşvət alarkən tutulub.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, prokuror müavini milli təhlükəsizlik xidmətinin və respublika prokurorluğunun apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Vəzifəli şəxs barəsində Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.