Makron gələn həftə Ukraynaya GEDƏCƏK

 14:33 10.06.2022     148

Fransa Prezidenti Emmanuel Makronun gələn həftə Ukrayna paytaxtı Kiyevə səfəri gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Fiqaro” qəzeti yazıb.

KİV-in məlumatına görə, Makron səfəri zamanı Ukraynaya “Caesar” 155 m çağlı haubitsanın ikinci partiyasını tədarük etdiklərini açıqlayacaq.

Qeyd edək ki, Fransa artıq bu hərbi texnikanın birinci partiyasını Ukraynaya verib. Ondan döyüşlərdə istifadə edilir. Bu haubitsa 40 km-lik məsafədə yerləşən hədəfi vura bilir.

Ukraynadakı müharibəyədək Fransa ordusunda 76 “Caesar” olub.