İsveçrə Rusiyaya qarşı sanksiyalar paketini TƏSDİQLƏDİ

 15:39 10.06.2022     177

İsveçrə Rusiyaya qarşı daha əvvəl Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş Rusiya neftinə embarqonu ehtiva edən altıncı sanksiyalar paketini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“İyunun 10-da Federal Şura Aİ-nin Rusiya və Belarusa qarşı yeni sanksiyaları təsdiqləmək barədə qərar qəbul edib”, - ölkə hökumətinin saytında deyilir.

Bununla yanaşı, İsveçrə “maliyyə sanksiyaları tətbiq edərək, daha 100 nəfərin ölkəyə girişinə qadağa qoyub”. Bunlar Rusiya və Belorusdan olan – həbçilər, siyasətçilər, biznesmenlər, eləcə də, dezinformasiya yayan şəxslərdir.

Bern sanksiyaları, eləcə də Brüssel sanksiyaları Rusiya və Belarusun dörd bankının - beynəlxalq SWIFT sistemindən ayrılmasını nəzərdə tutur.