Britaniyanın müdafiə naziri Kiyevdədir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.
Redaktor.az xəbər verir ki, məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Ben Uolles Kiyevdə Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla görüşüb.
Britaniyalı nazir Prezident Volodimir Zelenski ilə də görüş keçirib.
Bunu isə Zelenski özünün teleqram kanalında bildirib.
"Ümumiyyətlə Böyük Britaniyaya, hökumətə, Baş nazirə minnətdaram. Bu barədə geniş danışmaq olar - biz uzun müddət sizə minnətdar olacağıq. Müharibə bizim əsl dostlarımızın kim olduğunu göstərdi", - deyən dövlət başçısı bildirib ki, o, tez-tez Baş nazir Boris Consonla əlaqə saxlayır: "Bilirəm ki, nazirlər səviyyəsində, Aparat rəhbəri səviyyəsində isti təmaslar var”.
T.İSMAYIL