"Ukrayna Rusiyanı Donbasdan çıxarmaq imkanına malikdir” - Ben Uolles

 18:00 10.06.2022     228

Böyük Britaniya Ukraynanın Rusiyanı Donbasdan çıxarmaq qabiliyyəti olduğuna inanır.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenksi ilə görüşü zamanı deyib.

O, Rusiyanın hərbi gücünün tükənmək üzrə olduğunu vurğulayıb.

“Mən tariximizdə bir çox ortaq cəhət görürəm, çünki, ilk növbədə çox güclü düşmən ordusu, faşist rejim. Bəli, həqiqətən də biz indi görürük ki, Ukrayna Rusiyanı Donbasdan çıxarmaq imkanına malikdir”, - deyə nazir bildirib.