Bu döyüşçülər hərbi əsir statusuna malik deyil - Zaxarova

“DXR”də ölüm hökmünə məhkum edilmiş britaniyalılar beynəlxalq humanitar hüquqa görə hərbi əsir statusuna malik deyil.
Redaktor.az “İnterfax”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
O, Britaniya vətəndaşları Eyden Aslin və Şon Pinnerin hərbi əsir deyil, muzdlu döyüşçü olduğunu xatırladıb.
Zaxarova Britaniya tərəfindən ölüm hökmünə məhkum olunmuş vətəndaşları ilə bağlı Rusiya XİN-ə hər hansı müraciətin daxil olmadığını da əlavə edib.