İçərisində 4 türk olan helikopter İtaliyada  YOXA ÇIXDI

 20:23 10.06.2022     392

İtaliyada içərisində 7 nəfər olan helikopter radarlardan itib.

Redaktor.az xəbər verir ki, Lucca şəhərindən havaya qalxan helikopter ilə Modena səmalarında əlaqə kəsilib. Məlumata görə, salonda 3 italyandan başqa 4 Türkiyə vətəndaşı da var.

Onların Lucca şəhərindən Treviso şəhərinə təmizlik kağızı istehsal edən şirkətin açılışına getdikləri qeyd olunur.

Hazırda axtarış tədbirlərinə İtaliya və Türkiyənin Daxili İşlər Nazirlikləri cəlb olunublar.

Vumart və Güvən reklamı Vumart Güvən