“Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir” - Britaniya müdafiə naziri

 21:16 10.06.2022     194

“Rusiyanın hərbi gücü tükənmək üzrədir”.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.  Onun sözlərinə görə, Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir.

Nazir bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Bununla bağlı video dövlət başçısının “Telegram” kanalında yayımlanıb.

“Mən tariximizdə çoxlu ümumi cəhətlər görürəm. Çünki birincisi, düşmən ordusu, faşist rejimi daha güclüdür. Bəli, doğrudan da biz indi Ukraynanın Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadir olduğunu görürük. Biz görürük ki, mən artıq qeyd etdiyim rejim ən azı hərbi güc baxımından çöküş astanasındadır. Yəni onlar da indi tükənmək ərəfəsindədirlər”, - deyə Uolles vurğulayıb.