Kiyevə 140 milyon avroluq hərbi yardım göndərildi

 23:53 10.06.2022     1511

Çexiya Ukraynaya təxminən 140 milyon avro məbləğində hərbi yardım göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü "ČTK" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi yardımın göndərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edib. Agentliyin məlumatına görə, yardımın ümumi məbləği Nazirlər Kabinetinin hər iclasından sonra artır.

Gələn həftə Müdafiə Nazirliyi hökumətə Ukraynaya 8 milyon kron, təxminən 320 min avro dəyərində kimyəvi mühafizə vasitələri göndərməyi təklif edəcək.