Ukrayna “Avroviziya-2023”ə hazırlaşır

 09:34 11.06.2022     461

Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsinə hazırlığa başlayıb.

Redaktor.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, müvafiq qərar iyunun 10-da Ukrayna hökumətinin iclasında qəbul edilib. Nazirlər Kabineti, həmçinin təşkilat komitəsinin tərkibini təsdiqləyib.

Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə may ayında İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022”nin finalında qalib olub.