İsveç NATO-ya daxil olmaq üçün Türkiyənin şərtlərini qəbul edəcək - Ann Linde

 09:46 11.06.2022     358

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük məsələsində Türkiyənin narahatlıqlarını konstruktiv şəkildə cavablandıracaqlarını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İveç Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Məlumata görə, Ann Linde İsveç xarici siyasətinə dair sənədi parlamentə təqdim edib. O, ölkəsinin Türkiyənin təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb.

Türkiyə ilə NATO ilə bağlı davam edən danışıqlara toxunan Linde, İsveçin NATO-ya üzv olmasının Türkiyənin təhlükəsizliyinə də töhfə verəcək.

“Məqsədimiz Türkiyənin şərtləri ilə bağlı konstruktiv yanaşma ilə irəliləməkdir. Terrorla mübarizədə biz də eyni fikirdə olan insanlarla birlikdə hərəkət edəcəyik”,- deyə Ann Linde bildirib.

Nazir terrorizmi pisləyərək, ölkənin yeni terror qanununun iyulun 1-dən qüvvəyə minəcəyini və onun ölkəsinin NATO-ya üzv olmaq üçün silah ixracı üçün nəzərdə tutulan şərtləri dəyişdirə biləcəyini qeyd edib.